Türkiyənin İzmir şəhərində zəlzələdən ölənlərin sayı 69 nəfərə çatıb.
Hafta.az-ın xəbərinə görə, xəstəxanalarda 220 nəfərin müalicəsi davam edir.
***
Türkiyənin İzmir şəhərində zəlzələdən ölənlərin sayı 64 nəfərə çatıb.
Hafta.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) məlumat yayılıb.
Zəlzələdən xəsarət alanların sayı isə 949-a çatıb.
***
Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb.
Hafta.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
***
İzmirdəki zəlzələdə həlak olanların sayı 58 nəfərə yüksəlib.
Hafta.az bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) Samsunda keçirilən toplantısında bildirib.
***
İzmirdəki zəlzələ nəticəsində ölənlərin sayı 55 nəfərə çatıb.
Hafta.az-ın xəbərinə görə, bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir deyib ki, xəsarət alanlardan 218 nəfərin müalicəsi xəstəxanalarda davam edir.
***
Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 49 nəfərə çatıb.
Hafta.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, hazırda 214 nəfər müxtəlif xəstəxanalarda müalicə olunur.
***
İzmirdə baş verən zəlzələ nəticəsində həlak olanların sayı 44-ə çatıb.
Hafta.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.
Son məlumatlara əsasən, xəstəxanalarda müalicə alan 896 vətəndaşdan 667-i evə buraxılıb, 229 nəfərin müalicəsi davam edir.
Oktyabrın 30-da baş verən zəlzələdən indiyədək ərazidə 812 afterşok qeydə alınıb. Onlardan 40-dan çoxu 4 baldan yüksək olub.